Atalar sözləri
İş, əmək və sənət haqqında
- Yazda çalan qışda oynar
- Yanan yerdən tüstü çıxar
- Yeddi ayda bir qarış, bir ayda yeddi qarış
- Yeməyə kömək, işləməyə də kömək
- Yeməyin qulu, işləməyin xəstəsi
- Yüyürək at özünə qamçı vurdurmaz
- Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır
- Yorğanına bax, ayağını uzat
- Kamil bağban çəkər bağın səfasın
- Nə əkərsən, onu biçərsən
- Nə qoyuna gedər, nə qapıda hürər
- Sənət insan üçün xəzinədir
- Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
- Sözün ilə işin bir olsun
- Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın
- Tənbələ iş buyur, o sənə nağıl danışsın
- Tənbəllik azar artırar, işləmək canı saf eylər
- Torpaq deyər: "Öldür məni, dirildim səni!"
- Uzaqdan baxana döyüş asan gələr
- Uzaqdan zurna səsi xoş gələr
- Ustadına gəc baxanın gözlərinə qan damar
- Usta görməyən şagirdin gözü əllərdə qalar
- Uşağa iş buyur, ardınca yüyür
- Halva-halva deməklə ağız şirin olmaz
- Çala-çala çalağan olar
- Çalışqan əl nəyə dəysə qızıl olar
- Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik
- Cəfa çəkməyən səfa görməz.
- Cəhrə əyirsən don yiyəsi olarsan
- Yalançının evi yandı,heç kəs ona inanmadı
Elm, bilik və ağıl haqqında
- Abdaldan paşa olmaz, taxtadan - maşa.
- Ağac bar verəndə başın aşağı dikər
- Ağıl ağıldan üstün olar
- Ağıl yaşda olmaz, başda olar
- Ağıllı baş hər şeydən mənfəət götürər
- Ağıllı qəm yeyər, ağılsız qamçı
- Ağıllı fikir edincə, dəli Kürdən keçər
- Bacarıq ağılın nişanəsidir
- Baxmaqla öyrənmək olsa, it də qəssab olar
- Başı daşa dəyməyincə ağlı başına gəlməz
- Bilmədiyini biləndən sor
- Bilməmək eyib deyil, soruşmamaq eyibdir
- Elm ağılın çırağıdır
- Elmin gücü yıxar bürcü
- Ədəb bazarda satılmaz...
- Göz görmək üçün, ağıl bilmək üçün
- Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
- Hər oxuyan Molla Pənah olmaz
- Qafil yaşamaqdan ölmək yaxşıdır
- Qələm qılıncdan itidir
- Qələm əyri yonulsa da düz yazar
- Qələmin ucu, qılıncın gücü
- Qələm yazanı qılınc poza bilməz
- Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar
- Məkkəyə gedən dəvə hacı olmaz
- Savadsız adam kor kimidir
- Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram"
Mərdlik və igidlik haqqında
- Ağalıq verimlədir, igidlik vurumla
- Ağac əyildi, sındı, igid əyildi, öldü
- Aydan arıyam, sudan duru
- Alıcı quş dimdiyindən bilinər
- Alnım açıq, üzüm ağ
- Araba qoş, çarxa dur, Mərd igidə arxa dur
- Aslanın nə erkəyi, nə dişisi
- Asta vur, Rasta vur
- At ət ilə, igid don ilə
- At ölər nalı qalar, İgid ölər namı qalar
- Beş günün yarağı, bir günün gərəyi
- Bir igid qırx ildə meydana gələr
- Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar
- Bir qorxaq bir ordunu bada verər
- Vura bilməyən, daşın böyüyünü götürər
- Vuran igid dayısına gəyişməz
- Vuraram ölər, kiş deyərəm getməz
- Vur qırxı, gedər qorxu
- Vur deyənlə, vuran yarıdır
- Qapan it dişin göstərməz
- Qaçanı qovmazlar
- Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz
- Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş
- Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol
- Qorxaq nə zərər eylər, nə mənfəət.
- Qorxaq hər şeyi dörd görər
- Qorxaq öz kölgəsindən də qorxar
- Qorxan gözə çöp düşər
- Qorxan öküz cütə getməz
- Qorxu adama yalan söylədər
- Qorxu başa bəladır
- Qorunan baş salamat olar.
- Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən
- Qoçdan qoç törər
- Qoç döyüşünə qoç dözər
- Qoç igid qurddan çəkinməz
- Qurbansız bayram olmaz
- Qurddan qorxan qoyun saxlamaz
- Quş var ətin yeyərlər, quş var ət yedirdərlər
- Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç
- Dağlar başına qış, igid başına iş
- Zəri də var, zoru da
- İgid arxasında igid gizlənər
- İgid ağzını açmaz, əlini açar
- İgid qovqasız olmaz
- İgid igidə xor baxmaz
- İgid ilqarından, dəvə ovsarından
- İgidin başı qalda gərək
- İgidin əli işdə gərək
- İgidin yaraşığı sınaqdır
- İgidin süfrəsi açıq olar
- İgidin ürəyi haça olar
- İgid min yaşar, fürsət bir düşər
- İgidlik döyüşdə məlum olar
- İgidlik ondur: biri zordur, doqquzu fənd
- İgid oğul düşmənə əyilməz
- İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana
- İgid ölər, adı qalar
- İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
- Yanında igid olsun, kol dibi evin olsun
- Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
Yatma tülkü daldasında qoy yesin aslan səni
- Mərddən bir xəta, namərddən min
- Mərd əli kasad olmaz
- Mərdi qova-qova namərd eləmə
- Mərd igidlər süfrə açar, ad alar
- Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar
- Mərdin gözü tox olar, namərdin gözü ac
- Mərd gördüyün deməz
- Mərd mərdi qanar, bərkdə oduna yanar
- Mərd özündən bilər, namərd yoldaşından
- Mərd çörəyini daşdan çıxardar
- Namərddən keç, mərddə dur
- Namərdə yaxa vermə, mərdə arxa ol
- Namərdi bir gördüm, bir də görsəm namərdəm
- Namərdin otağından, mərdin ağac kölgəsi
- Namərdin plovundan, mərdin qaşıq aşı
- Namərdə tuş gələnin işi düyünə düşər
- Pis iş mərdə ar olar, namərd gözü dar olar.
- Təkədə qoç hünəri olmaz
Birlik və dostluq haqqında
- Ağıllı düşmən nadan dostdan yaxşıdır
- Arxalı köpək qurd basar
- Baş-başa verməyincə daş yerindən qalxmaz
- Birisi minə bağlıdır, mini də birə
- Bir gün düz yediyin yerə, qırx gün salam ver
- Birlik harada, dirilik orada
- Bir su ki girdi qaba, oldu içməli
- Vəfalı dost yad olmaz, görməsə yüz il səni
- Qarı düşmən dost olmaz
- Qoyun quzusunun ayağını basmaz
- Qonşu qonşuya baxar, canını oda yaxar
- Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar
- Qonşu iti qonşuya hürməz
- Qonşu qonşu olsa kor qız ərə gedər
- Qonşu muncuğunu götürən onu ancaq gorda taxar
- Qonşum sağ olsun, ocağından od verməsin
- Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan
- Qonşunun haqqı axirət haqqıdır
- Qonşu payı dolu gələr, dolu gedər
- Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
- Dağ dağa qovuşmaz, insan insana qovuşar
- Doğru dostluq qərəzsiz olar
- Dost başa baxar, düşmən ayağa
- Dost dost ilə tən gərək, tən olmasa gen gərək
- Dost dosta yaman gündə gərəkdir
- Dost dar gündə tanınar
- Dost ziyankar olmaz, ziyankar da dost olmaz
- Dost yaman gündə tanınar
- Dost yolunda boran olar, qar olar
- Dost yolunda can qurban
- Dostluqla tutub, düşmənliklə yıxma
- Dost min isə azdır, düşmən bir isə çoxdur
- Dostun versə qum, al ovcunda yum!
- Ev alma, qonşu al
- Əli ələ vurarsan, səs çıxar
- Ət ilə dırnaq arasına girən iyiyər çıxar
- Yaxşı dostu yaman gündə sına
- Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın
- Yeməklə dost olan illərlə küsülü qalar
- Yoldaşını nişan ver, özünü tanıt
- Örtülü bazar dostluğu pozar
- Özgə atına minən tez düşər
- Özgə buzovunu güdənin çatısı əlində qalar
- Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar
- Özgəyə quyu qazan özü düşər
- Özgəsinə göz qoyan özünkünü itirər
- Sidq ilə dost olan ürəkdən də bir gərək
- Tək əldən səs çıxmaz
- Hər şeyin təzəsi, dostun köhnəsi
- Çox qarışqa bir şiri öldürər
- Çörək itirən çörək tapmaz.
Vətən və el haqqında
- Abadan kənd tüstüsündən bilinər
- Ağac dibindən su içər
- Ağacı içindən qurd yeyər
- Ağac meyvəni dəyənə qədər böyüdər
- Ağac olan yerdə budaq sınar
- Ağac səmtinə yıxılar
- Ağac sınanda budaq nəyə gərəkdir?!
- Ana kimi yar olmaz, Vətən kimi diyar
- Anasından ayrı düşən quzunu qurd yeyər
- Asılsan da uca budaqdan asıl
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar
- Bu dünyada şirin şey bir anadır, bir Vətən
- Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən"
- Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir
- Vətəndən ayrı düşsəm viran ollam, talannam
- Vətənə gəldim, imana gəldim
- Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi
- Qoçun buynuzu qoça ağırliq eləməz
- Qürbətdə xan olunca, Vətənində dilən, gəz
- Dağ yeri - duman yeri, yurd yeri - guman yeri
- Dam dirək üstə durar
- Doğma yurd şirin olar
- Dünyada Vətəndən əziz nə var?
- Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin
- El ağzını bağlamaq olmaz
- El ağzı faldır
- El arxası çəmən olar
- El atan daş dağdan aşar
- El atan daşa güc düşməz
- El tutanı ər tutar, ər atanı el atar
- El qapısı həm gec, həm güc açılar
- El bir olsa zərbi kərən sındırar
- El dəlisini çölə atmaz
- El elə sığışar, ev evə sığışmaz
- El elin aynasıdır
- Elə arxalanan igidin, arxası yerə dəyməz
- Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz
- Elimə qalsın, günümə qalmasın
- Elin eybini saxlamayan, sənin də eybini saxlamaz
- Elin gözü sərraf olar
- Elin gücü bir olsa, düşməni dara çəkər
- Elin oğlu yumurtaya qulp taxar
- El keçən körpüdən qorxma, sən də keç
- El köçdü, oba qaldı
- El gözündən düşən boy atmaz
- El gözündən düşən gözsüz qalar
- El gücü, sel gücü
- El gücü, yel gücü, sel gücü
- Ellərə gülən canım - indi olub el gülüncü
- El oğrusuz, çöl qurdsuz olmaz
- El öz dəlisini tanıyar
- El sevəni aləm sevər
- Elsiz dağ viranədir
- El tikəni yel yıxa bilməz
- El harda, sən də orda
- El çalan zurnanın səsi uzağa gedər
- Yerlərdir haman yerlər, görünməz oldu illər
- Yer, oturan adamla şərəflənər
- Yersiz gəldi, yerli qaç
- Yurddan çıxsan da, eldən çıxma
- Köçən yurdun qədrini, düşən yurdda bilərlər
- Lələ köçüb, yurdu qalıb
- Lələ var, yurdu yox
- Oba bizə, biz obaya hayanıq
- Oba köçüb, yurdu qalıb
- Ölər Koroğlu getməz bu yurddan
- Sular hərəkətlidir, torpaq bərəkətlidir
- Torpaqda itki olmaz, kötüksüz bitki olmaz
- Uçan damın böyüklüyü binövrəsindən bilinər
- Hər ağac öz dibinə kölgə salar
- Hər quşa öz yuvası doğmadır
- Hər kəsə öz Vətəni əzizdir
- Hər kəsi el istəsə, bülənd olar, ucalar
Valideyn və övlad haqqında
- Ana, bala ucundan canını oda yaxar
- Ana qarnında necə qalıbsan?
- Anadan əziz yenə anadır
- Anadan əmdiyim süd burnumdan gəldi
- Analar bizi bu gün üçün doğub
- Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
- Analı quzu, xınalı quzu
- Anan, bacın kimdir? - Yaxın qonşum
- Ananın səbri tükənməz olur
- Anasızın gördüyü iş danlaqsız bitməz
- Anası gəzən ağacları balası budaq-budaq gəzər
- Anasına bax qızını al, Qırağına bax bezini al
- Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər
- Ata-anamı itirdim, özümü yara yetirdim
- Ata-anasına xeyri olmayanın, elə nə xeyri
- Ata-ana sözünə baxmayan xoş gün görməz
- Ata-ananın canı övlada bağlı olar
- Ataya oğul, anaya qul
- Ata malına göz dikən ac olar
- Atam ilə atanı deyincə, özüm ilə özünü de
- Atam gündəni sayır, anam gündədən kəsir
- Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
- Ata olmasan, ata qədri bilməzsən
- Atı atası ilə tanıdarlar, qatırı anası ilə
- Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı
- Böyüyə hörmət vacibdir
- Böyük danışanda kiçik danışmaz
- Böyük danışanı kiçik götürər
- Böyük sözünə baxmayan baxımsız qalar
- Böyük tökəni kiçik yığar
- Böyüyün sözündən çıxmazlar
- Qoca başqa, qocaman başqa
- Qoca qurd kahasından çıxmaz
- Qocadan demək, cavandan əmək
- Qoca evin sütunudur
- Qocaya hörmət elə, sən də qocalacaqsan
- Qocanın biliyi, cavanın biləngi
- Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin
- Qız evlərdə tanınar, ipək dəzgahda
- Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
- Övlad ata-ananın ürəyidir
- Övlad ya ataya oxşar, ya anaya
- Ərkəsöyün böyüyən oğul avara olar
- Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə
- Kiçikdən xəta, böyükdən əta
- Oğlum oğul olsun, kol dibi evim
- Öz anasını sevməyən özgə anasını sevməz
- Uşaq atadan yox, anadan yetim qalar
- Uşaq atasını hamıdan güclü bilər
- Uşağa uşaq deyiblər, böyüyə böyük
- Uşaq evin yaraşığıdır
- Uşaq gördüyün götürər, eşitdiyin deyər
- Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar
- Uşaq sözün düzünü deyər
Söz, söhbət, danışıq haqqında
- Abır istəsən çox demə, sağlıq istəsən çox yemə
- Ağzının qaytanı yoxdur
- Adam var gözdən qızar, adam var sözdən qızar
- Adam odur ilqarından dönməyə
- Adam yıxıldığı yerdən qalxar
- Adın nədir? - Rəşid! Birin de, birin eşit!
- Adamın üzünə baxarlar, halını xəbər alarlar
- Ara sözü ev yıxar
- Başa dil gətirəni el gətirə bilməz
- Bildiyindən danış, bilmədiyin səni güdaza verər
- Bir qəlbi ki tikə bilmirsən, niyə yıxırsan?
- Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi
- Bir doğru ki, yalana oxşadı, onu deməzlər
- Bir misqal dilini qoyub, bir batman başı ilə danışır
- Bol çörəyin yoxdur, şirin dilin olsun barı
- Qorxu adama yalan dedirdər
- Damara bax, qan al
- Danışana macal vermir
- Danışmaq gümüş, danışmamaq qızıldır
- Danışıram - pis olur, danışmıram - his olur
- Dedim bir ağız ağla, demədim eli güldür bizə
- Dedim eşidəsən, demədim öyrənəsən!
- Deyə-deyə dilimdə tük bitdi
- Deyən ağılsız olsa, dinləyən ağıllı gərək
- Dilim-dilim olasan, dilim!
- Dilini saxlayan salamat olar
- Dil yalançı olunca, lal olsa yaxşıdır
- Dil ürəyin açarıdır.
- Dil yanılar, doğrusunu deyər
- Dil yarası qılınc yarasından yamandır
- Dinəndə pis olur, dinməyəndə dərd kəsir
- Doğru danışanın papağı yirtıq olar
- Doğru elə bilir hamı doğrudur
- Doğru yalanı qovar
- Doğruya zaval yoxdur, çəksələr min divana
- Doğruluqla dost qapısın dolan gəl öz evin kimi
- Doğru söz acı olar
- Doğru sözdən xəta gəlməz
- Doğru söz dəmiri dələr
- Düzlük xoşbəxtliyin açarıdır
- Düzlük uzanar, qırılmaz
- Düz sözə boynum qıldan nazikdir
- Əvvəl danış, sonra gül
- Əvvəl düşün, sonra danış
- İnsan ölər, söz qalar
- Yağmasan da gürulda
- Yalan ayaq tutar, yeriməz
- Yalan danışan hamını qanmaz bilər
- Yaman dil başa bəladır
- Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz
- Yaman yeyənin olsun, yaman deyənin olmasın
- Yalan ki var, doğrunun quludur
- Yalan söz üz qizardar
- Yalançını mənzilənədək qov!
- Yalançının evinə od düşdü, heç kəs inanmadı
- Yalançının üzü qara olar
- Yalançının hafizəsi olmaz
- Yalançı tamahkarı aldadar
- Kələk ilə gələn külək ilə gedər
- Kişinin sözü bir olar
- Nə dil bilsin, nə dodaq
- Sözü söz kəsər
- Söz bir olsa, dağ oynayar yerindən
- Söz var el içində, söz var ev içində
- Söz vaxtına çəkər
- Söz verər, bez verməz
- Söz qılıncdan kəsərlidir
- Söz danışıqdan keçər
- Sözdən söz götürür
- Sözdən söz çıxar
- Söz doğar
- Söz insanın vuran əlidir
- Söz ki var, dəmirdir, vurduqca uzanar
- Söz götürənin, yer oturanındır
- Sözlə plov olmaz, yağ ilə düyü gərək
- Sözü məqamında deyərlər
- Söz odur ki, haqqa vara
- Söz sözün dayağıdır
- Söz sözü çəkər, arşın bezi
- Sözü ağzında bişir, sonra çıxart
- Sözü at, yiyəsi götürər
- Sözün damarı olar, çəkdikcə uzanar.
- Sözün də qanadı var
- Sözün doğrusun de, min atını çap
- Sözün doğrusunu zarafatla deyərlər
- Sözün ilə işin bir olsun
- Sözün yalanı olmaz, yanlışı olar
- Sözün yaxşısı baldan şirin olar
- Sözünü bilməyənə aşağı başda da yer yoxdur
- Sözü sözdən alarlar
- Söz həyatın bəzəyidir
- Söz çeynəyən çox, söz deyən az
- Söyləyəndən dinləyən arif gərək
- Söyləyən olma, dinləyən ol
- Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq
- Çox bilirsən, az danış
- Çox bilib az danışmaq igidin ləngəridir
- Çox bilən quş dimdiyindən cələyə düşər
- Şirin dil ilanı yuvadan çıxardar.
Ehtiyat və sayıqlıq haqqında
- Ağzı əyrini boynunun ardından tanımaq olar
- Arifə bir işarə, qanmaza min toppuz
- At oğurlanandan sonra axur nəyə gərək
- Bir ağızdan çıxan min ağıza yayılar
- Bir daş altda, bir daş üstdə
- Qarğa, qarğa, məndə qoz var
- Qaçırılan fürsət ələ düşməz
- Qurdun qonağlığına get, köpəyi də yanınca apar
- Daldan atılan daş topuğa dəyər
- Düşmən zəif olsa da, ehtiyatı əldən vermə
- Ev bizim, sirr bizim.
- Ehtiyat igidin yaraşığıdır
- Ehtiyatlı oğulun anası ağlamaz
- Eşitdiyinə inanma gördüyünə inan
- İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı
- Yatan itləri oyatma
- Yerin də qulağı var
- Yoldan çıxanı yol vurar
- Yüz ölç, bir biç
- Nə göz görsün, nə ürək bulansın
- Nə eşitsin, nə də qanı qaralsın
- Nə yada sirrini ver, nə namərdə bel bağla
- Nə görsün, nə də hürsün
- On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir
- Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər
- Pusquda oturan yatmaz
- Sirr açandan el qaçar
- Sirrini demə dostuna, dostunun da bir dostu var
- Sonrakı peşmançılıq fayda verməz
- Soruşan dağları aşar, soruşmayan düzdə çaşar
- Xalam bildi - aləm bildi
- Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın
Ümid, arzu və istək haqqında
- Adam adam sayəsində adam olar
- Adamın gərək dili ilə ürəyi bir ola
- Adamın tamarzısı, hər kəsin öz arzusu
- Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar
- Allaha əl çatmır, padşaha söz
- Allahdan buyruq, ağzıma quyruq.
- Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ
- Aman istəyənin boynun vurmazlar
- Arzu bir, ümid iki
- Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
- Atın izi itin izinə qarışmaz
- At ölüb, itlərin bayramıdır
- Axtaran tapar, yoğuran yapar
- Ac toyuq yuxuda darı görər
- Bağbanın könlü olsa, nə gəlib bağda bara
- Bal tutan barmaq yalar
- Balıq istəyən özünü suya vurar
- Başına gələn başmaqçı olar
- Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.
- Bizim evdə də bir gün bayram olar
- Boş çanağı vurur dolu çanağa
- Boyunduruq bilir öküz nə çəkir
- Bu arxa bir su gəlib, ümid var bir də gələ
- Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
- Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş
- Qabaqca danışma!
- Qarğa cəmdək üstə yığılar
- Qoyunu qurda tapşırıb
- Qulağının dibini görəndə...
- Quyuya su tökməklə quyu sulu olmaz
- Qurunun oduna yaş da yanır
- Dağ dağa qovuşmaz, insan insana rast gələr
- Dama dama göl olar, dada dada heç
- Diş tutmayanı, dodaq tutmaz
- Dəvə bir fikir eləsə, sarban iki fikir elər
- Dəvənin quyruğu yerə dəyəndə işim düzələr
- Dəlidən doğru xəbər
- Dərdlərə dərman olub, dərmansız qalan canım
- Dovşanı araba ilə tutur
- Düzdə gəzdi hərləndi, gəldi dağa dirəndi
- Elə bil biyara gedir
- Eşit, inanma
- Əli aşından da oldu, Vəli aşından da...
- İki qoçun başı bir qazanda qaynamaz
- İnək bir, sağan iki
- İnsan istəsə dağı dağ üstə qoyar
- İstədi qaşın qayıra, vurdu gözün çıxartdı
- İstədiyini deyən, istəmədiyini eşidər
- İstədi çıxa dağ başına, daş düşdü sağ başına
- İstəyənin bir üzü qara, verməyənin iki üzü
- İstək gözdə olar, məhəbbət ürəkdə
- İstərəm dosta varam, əlim boş, üzüm qara
- İt dəmirçi dükanından nə aparar?
- İt də getdi, ip də getdi
- Yağ yağa qarışdı, yarmalar yavan qaldı
- Yağışdan çıxdıq yağmura düşdük
- Yazıya pozu yoxdur
- Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən
- Yel aparan yelinki, yerdə qalan mənimki
- Yeməkdən ümid yaxşıdır
- Yıxılan ağaca balta çalan çox olar
- Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur
- Keçənə güzəşt deyərlər
- Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir
- Könülsüz işin axırı olmaz
- Köpəyin qarnı tox gərək
- Kötük üstündə çox budaqlar doğranıb
- Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır
- Göz görmək üçün, könül seçmək üçündür
- Göz görmür, üz utanmır
- Gözü boynunun ardını görəndə...
- Gün batdı - bat, gün çıxdı - çıx!
- Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun
- Nə doğrarsan qabına, o çıxar qaşığına
- Nə əkərsən, onu biçərsən
- Niyyətin hara, mənzilin ora
- Od yanan yerdən işıq gələr
- Olan olub, keçən keçib
- Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır
- Öz-özünü oda yaxır
- Öz-özünü bəyənən ağam vay
- Ölmə eşşəyim, yaz gələr yonca bitər
- Pis günün ömrü az olar
- Pişiyin ağzı ətə çatmayanda deyər iy verir
- Samanlıqda iynə axtarır
- Sınan gəmiyə nə külək
- Suda boğulan saman çöpündən yapışar
- Tez duranla tez evlənən uduzmaz
- Toyun axırında zurna belə səslənər
- Toydan sonra nağara, xoş gəldin, bayram ağa
- Toyun əvvəlinə getmə, axırına da qalma
- Toyunda qəlbirlə su daşıyım
- Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi
- Tula itdən də murdar
- Ucuz ətin şorbası olmaz
- Ürək götürməyəni əl götürməz
- Fikirdən iti gedən şey yoxdur
- Xəstə tələsər, armud vaxtında dəyər
- Haray üzülən canım, ipə düzülən canım
- Heç kəsin çırağı axıracan yanmayıb...
- Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın da bir aydınlığı
- Hər arzu yerinə yetməz
- Hər quşatan ovçu Pirim olmaz
- Hər deyilənə inanmazlar
- Hərə öz atını minib çapır
- Hər için öz yeri, hər sözün öz məqamı var
- Hər parıldayan qızıl olmaz
- Hər saatın bir hökmü var
- Çarx dolanır, gün keçir
- Çıxmayan cana ümid çoxdur
- Çobanın meyli olsa təkədən pendir tutar
- Yanan yerdən tüstü çıxar
İnsan qüsurlarının tənqidi haqqında
- Abdalın qarnı doyunca gözü qapıda qalar
- Abırlı abrından çəkinər, abırsız nədən çəkinər
- Abırsızdan abrını gözlə
- Ağa gətirər navala, xanım tökər çuvala
- Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm
- Ağzına çullu dovşan sığışmır
- Ağıl çox - pul yox, ağıl yox - pul çox
- Ağıllı olan bir dəfə aldanar
- Ağır otur, batman gəl
- Adam var ki, adamların naxşıdır, adam var ki, dindirməsən yaxşıdır
- Adam olmayan yerdə adamdır
- Adamın başına nə bəla gəlsə, dilindən gələr
- Adı it dəftərində də yoxdur
- Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu
- Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq
- Aza qane olmayan çoxa çatmaz
- Ay doğar gədiyindən, utan bir dediyindən
- Ayı qandı, abid qanmadı
- Al - ver deyiblər, al vermə deməyiblər
- Ala itdən məşhurdur
- Aldığını verməz, bildiyini deməz
- Alim olmaq asandır, adam olmaq çətin...
- Artıq tamah baş yarar
- Arı yeyib, namusu atıb dalına
- Bağa qınından çıxdı, qının bəyənmədi
- Bazarın bazar, qadam sənə mərdumazar!
- Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır
- Başını yarıb, ətəyinə qoz tökür
- Başından böyük danışma
- Başı daşa dəyməyincə ağlı başına gəlməz
- Belə otlayan idin, niyə arıq düşdün?
- Beşdə alacağın yox, üçdə verəcəyin
- Bədəsil əsil olmaz, boyunca qızıl qala
- Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər
- Bildiyini babasına da verməz...
- Bir ac qudurar, bir yalavac
- Bir dadanandan qorx, bir qudurandan
- Bir versən bir də istər, yatmağa yer də istər
- Bir qəpiklik qutab kimi özünü ortaya soxma
- Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən
- Bir ziyandan min böhtan doğar
- Bir gözü alça dərir, bir gözü gavalı
- Bir napakdan qorun, bir də köpəkdən
- Bir tikəni bilməyən, min tikəni də bilməz
- Birə bir deyiblər, birə iki deməyiblər
- Boşdan bir çıxar, bərkdən iki
- Boyaqxana küpünü azdırma
- Bu uşaqlıq deyil, şıltaqlıqdır
- Buğda göstərir, arpa satır
- Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
- Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz
- Burda mənəm, Bağdadda kor xəlifə
- Burnun girməyən yerə başını soxma
- Bığdan götürüb, saqqala qoyur
- Varlılığa tələsən, yoxsulluğa tez düşər
- Vəz oxumaq asan işdir, əməl eləyən gərək
- Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz
- Qazan qarası gedər, üz qarası getməz
- Qazancını it yeyər, yaxasını bit
- Qaydanı pozan peşman olar
- Qayınananın gücü qızına çatar
- Qamış ola, gomuş ola, görməmiş ola...
- Qanmaza qoşulanı qanmaz çağırarlar
- Qanı qan ilə yumazlar
- Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən
- Qapıdan qovursan, bacadan gəlir
- Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur
- Qaraçı bir ələk verib, elə bil evə dirək verib
- Kifirə sabun, dəliyə öyüd neyləyər
- Qarğa özün quş bilir, xaşıl özünü aş
- Qarğanı qırğı bilir
- Qarnı tox olan qayğısız olar
- Qarın başa bəladır
- Qarın qardaşdan irəlidir
- Qarın səndən aşağıdır
- Qəlb odur ki, qəlbindəkin deməyə...
- Qorğaya öyrənən çərəzsiz qalmaz
- Qonaq bu il burdadır, gələn il də sərasər
- Qonağa get deməzlər, altından palazı çəkərlər
- Qonşunun toyuğu qonşunun gözünə qaz görünər
- Qurddur, qoyun dərisinə girib
- Qırqovul kimi başını kola soxub, elə bilir görünmür
- Dağarçığını çuval yanına qoyur
- Dadanan qudurandan pis olar
- Dedi - qodu ev yıxar
- Demək olmur gözün üstə qaşın var
- Dəymişin qoyub, kalın dərir
- Dəli qazandı, ağıllı yedi
- Dəli qırmızı sevər, gic - sarı
- Dəli dəlini görəndə çomağını yan tutar
- Dərə xəlvət, tülkü bəy...
- Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar
- Dilinin bəlasını çəkir
- Dilim səni görüm dilim-dilim olasan
- Dili dost, qəlbi qara
- Diriyə hay verməz, ölüyə pay
- Dolunu yeyib, boşa təpik atır
- Duzu yeyib, duzqabını sındırır
- Dığ-dığ adamı azara salar
- Eyibli öz eybini bilsə, başına kilim örtər
- Elə bilir yuxa arasında halva var
- Elə yerdə otur, altına su çıxmasın
- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir
- Elə elə ki, nə şiş yansın, nə kəbab
- Eşşək palçığa bir dəfə batar
- Əvvəl arxı tullan, sonra bərəkallah de
- Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı
- Ədəbi kimdən öyrəndin, ədəbsizsən
- Əzizim əziz, tərbiyəsi ondan əziz
- Əl qatma harama
- Əlindən bir iş gəlməyən on danışar
- Əsli, nəcabəti olmayana qamçı neylər?
- Əhl ilə daş daşı, naəhl ilə yemə aşı
- Zər ilə olan, zor ilə olmaz
- Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
- İki canbaz bir ipdə oynamaz
- İlqarı olmayanın imanı da olmaz.
- İnsan zülmə tabedir
- İnsan olmayan insan qədrin nə bilər!
- İsti aşa soyuq su qatma
- İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır
- İçdin üzüm suyunu, tökdün üzün suyunu
- İşini möhkəm tut, qonşunu oğru tutma
- Yanan da mən - yaman da mən.
- Yiyəsinə baxıb atın nallayırlar
- Yemə namərd çörəyini, axırda başına vurar
- Yükünü yığdı təpəyə, elə arxa çevirdi
- Yıxılanı vurmazlar
- Yuxarı evə baxıb, aşağı evi yıxma
- Kasıblıq eyib deyil, oğurluq eyibdir
- Keçi can hayında, qəssab piy hayında
- Kiminin əvvəli, kiminin axırı
- Kişi sözü üzə deyər
- Kişi tüpürdüyünü yalamaz
- Kişini tez qocaldar axşamdan yatan arvad
- Kişinin özünə baxma, sözünə bax
- Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər
- Kor kor, gör gör
- Kor tutduğun buraxmaz
- Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir
- Köhnə kəndə təzə nırx qoyur
- Quyu var, suyu yox
- Külək kimi hərdən bir tərəfə əsmə
- Gah nala döyür, gah mıxa.
- Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
- Gedər bağlar qorası, qalar üzlər qarası
- Gedər bu dövran sənə də qalmaz.
- Gəlin bəzənincə toy əldən gedər
- Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa
- Gəmidə oturub gəmiçi ilə vuruşur
- Goru var ki, kəfəni də ola
- Gözlərindən qan damır
- Gözünü qırpdın sənin deyil
- Gündüz gəzər obanı, gecə sancar dabanı
- Günü günə satmazlar
- Gününü düyünləyib göy əsgiyə
- Meşə çaqqalsız olmaz
- Miyançının kisəsi gen olar
- Milçək bir şey deyil, könül bulandırır
- Nəğdi qoyub, nisyə dalınca düşmə
- Nadiri taxtda görüb, Süleymanı qundaqda
- Nə qanır, nə qandırır
- Niyyətin hara, mənzilin ora
- Od düşdüyü yeri yandırar
- Od ilə oynamaq olmaz
- Od olub aləmi yandırır...
- Oddan kül törər, küldən nə törər?
- Oynamaq bilmir, deyir: yerim dardır
- Onun üzü - dəvənin dizi
- Ot kökü üstə bitər
- Oxun atıb, yayın gizlətmə
- Öz ağlını özgəyə vermə
- Özgə evində koxalıq eləməzlər
- Ölüdən də pay istəyir
- Ölünün dalınca danışmazlar
- Örtülü bazar dostluğu pozar
- Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar
- Pay verdi, dalınca xəbər göndərdi
- Paxıl artmaz
- Paxıl olmasan dərdin olmaz
- Pişiyi bağlayıb süfrə açır
- Pul verməz, can verər
- Sayanın quluyam, saymayanın ağası
- Saman sənin deyil, samanlıq ki, sənindir
- Sən ağa, mən ağa, inəkləri kim sağa
- Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
- Sənə vur dedilər, öldür ki, demədilər
- Sənin ipinlə quyuya girmək olmaz
- Səhər gedər naxıra, axşam gələr axıra
- Sirkə nə qədər tünd olsa, öz qabını sındırar
- Siçandan törəyən kəsəyən olar
- Soğan yeməmisən için niyə göynəyir
- Su bir yerdə qalanda iylənər
- Tazıya deyir tut, dovşana deyir qaç
- Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl
- Tutub ucundan, gedir ucuzluğuna
- Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar
- Uman yerdən küsərlər
- Üstü bəzək - altı təzək
- Hazırın naziri
- Hamam suyu ilə özünə dost tutur
- Haram malın bərəkəti olmaz
- Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver
- Hələ quyruğu qapı arasında qalmayıb
- Hər işi tutdun, insafı əldən qoyma
- Hər kəs nə eləsə, özünə elər
- Hayasızdan hayanı saxla
- Çanax öz başında sınar
- Çatana çatır, çatmayana bir daş atır
- Çörəyini özü öz ayağı ilə tapdaladı
- Çörək itirən çörək tapmaz
- Canavardan qorxan meşəyə girməz
- Canavarın nə qocası, nə cavanı
- Cəhənnəmə gedən özünə yoldaş axtarar
- Cücəni payızda sayarlar
- Şadlığına şitlik eləmə
- Şaftalı tabağı kimi ortada durma