Azərbaycan haqqında
Azərbaycan → Azərbaycan haqqında bunu hamı bilməlidir
Azərbaycan –öz sahəsi və əhalisinə görə Zaqafqaziyanın həm quru, həm də dəniz sərhədlərinə malik olan ən iri dövlətidir. Onu şimaldakı qonşusu olan Rusiyadan Böyük Qafqaz sıra dağları ayırır, şimal-qərbdə o, Gürcüstanla həmsərhəddir, Kiçik Qafqaz sıra dağları onu qərbdə Ermənistandan, cənubda isə İrandan ayırır, cənub-qərbdə onu İrandan həmçinin, Talış dağları ayırır. Dəniz sərhədi Azərbaycanı Qazaxıstan və Türkmənistandan ayırır.
Ölkənin ən sıx əhalisi olan rayonları Abşeron yarımadası, Lənkəran ovalığı və Şirvan düzənliyidir. Burada əsasən pambıqçılıq rayonları yerləşən yarımsəhra Kür-Araz ovalığından fərqli olaraq bir çox növ meyvələr yetişir.
Müxtəlif növ təsərrüfatların inkişafına respublikada müxtəlif təbiət şəraitlərinin mövcudluğu səbəb olur, çünki burada iqlim qurşaqları isti və rütubətli subtropiklərdən tutmuş qarlı dağlara qədər, torpaqlar isə dağ-çəmən süxurlardan boz torpaq və sarı torpağa qədər, dağ-meşə torpağından çürüntülü karbonata qədər, çimlidən torfluya qədər təmsil olunur.
Azərbaycanın 1250 çayından ən irisi Kür çayıdır, onun ən iri qolları isə Araz, Alazan və İori çaylarıdır, və bu çaylar ölkənin şimal-şərq hissəsində axan əksər çaylar kimi respublikanın 800 km-dən artıq sahillərini əhatə edən Xəzər dənizinə tökülür. Yuxarıda adı çəkilmiş dünyada ən iri göldən başqa Azərbaycanda Göygöl, Hacıqabul, Böyük-şor və digər göllər vardır.
Azərbaycanın torpaqları faydalı qazıntılarla zəngindir: filiz və polimetal, inşaat materialları, neft və qazla.
Ölkənin zəngin və cürbәcür faunası Qafqaz maralları, cüyürlər, ceyranlar, ərəbdovşanları, gürzələr, ilanlar, qabanlar, boz ayılar, vaşaqlar, bəbirlər və hətta dağ keçiləri ilə təmsil olunur. Nadir növ heyvan və bitkilərin qorunub saxlanması üçün respublikada qoruqlarvə müvəqqəti qoruqlar yaradılmışdır. Ən iri qoruq Qızılağac qoruğudur, burada 200 növdən çox köçəri quş qışlayır: qızılqaz, ördəklər, vağlar, qarabatdaqlar, qutanlar. Dəmirağac, Zelkova, Pterocarya, şabalıd yarpaqlı palıd ağacı, ağcaqayın, ürək yarpaqlı qızılağac kimi nadir ağac növləri Hirkan qoruğunda bitir. Həmçinin Zaqatala, Türyançay, Göy-göl qoruqları da məşhurdur, burada ibtidai insanın sakin olduğu yerlərə məxsus material mədəniyyəti əşyalarına rast gəlmək mümkündür.
Biz Azərbaycan haqda nə bilirik? Bilirik ki, orada çoxlu günəş, neft və meyvələr var. Faktiki olaraq, bu ölkədə kütləvi turizmin uğurlu inkişafı və onu iqtisadiyyatın ən qabaqcıl və gəlirli sahələrindən biri etmək üçün bütün lazımi şəraitlər vardır. Azərbaycanda hər şey vardır: dağlar və dəniz, qoruqlar və qədim abidələr. Azərbaycanın ərazisində yer kürəsində olan on bir iqlim növündən doqquzu mövcuddur. Təbiət landşaftlarının bu cür müxtəlifliyi heç də çox ölkədə müşahidə olunmur.
Azərbaycanda İstisu, Naftalan kimi kurortlar, eləcə də Xəzər dənizinin sahilində yerləşən məşhur istirahət zonaları vardır. Azərbaycanın ərazisində üç qoruq fəaliyyət göstərir: Qızılağac, Zaqatala və Türyançay qoruqları.
Azərbaycanın gözəl iqlim və müalicəvi su kurortları təbii sərvətlər içərisində xüsusi yer tutur. Azərbaycanda çoxsaylı mineral çeşmələr vardır – Badamlı, Sirab, Darıdağ, Turşsu, Qayaltı, ?rkivan, Slavyanka, Şıx, Suraxanı, Xaltan, Xaşı, Cimmi və s. ölkədə və onun kənarlarında layiqli olaraq çoxdan tanınmışdır, Naftalan neftinin nadir müalicəvi xüsusiyyətləri isə bütün dünyada məşhurdur. Orta əsrlərin Yaxın Şərq coğrafiyaçıları hesab edirdilər ki, cənnət Azərbaycanın ərazisində yerləşir. Azərbaycanlıların əksəriyyəti bu fikirlə razıdır.
İki Qafqaz sıra dağları – Böyük və Kiçik Qafqaz ilə Xəzər dənizi arasında yerləşən Azərbaycan planetin nadir guşəsidir. Burada kiçik ərazidə planetdə mövcud iqlim zonalardan tropiklərdən başqa demək olar ki, hamısı vardır. Demək olar ki, bir neçə saat ərzində səhradan yarımsəhra, çöllük, subtropiklər, qalın yarpaqlı ağac meşələri və alp çəmənlərindən keçərək dağların əbədi buzlaqlarına çatmaq olar. Təbii ki, flora ilə fauna da eyni dərəcədə müxtəlifdir. Ölkə faydalı qazıntılarla da zəngindir.
Azərbaycan qədimdən “odlar ölkəsi” adlandırılır. Buna səbəb səthə yaxın yerləşən neft və qaz yataqları idi. Çatlardan yuxarı çıxan təbii qaz tez-tez ildırım və ya tonqalın pis yandırılması nəticəsində alışırdı. Torpaqdan qalxan bu alov məşəlləri qədimdə adamlara çox güclü təsir bağışlayırdı. Buraya XIX əsrin sonuna qədər Hindistandan atəşpərəstlər ziyarətə gəlirdilər. Onların məbədləri bu günə qədər Bakının yaxınlığında Abşeron yarımadasında qalmışdır. Buradan Bizans sirli “yunan alovu” üçün neft aparırdı.
Bu gün də yeni müstəqil Azərbaycan dövləti bütün dünyada əsasən öz neft mədənlərinə görə məşhurdur. Lakin bu cavan ölkə zəngin və qədim tarixə malikdir. Onun ərazisində ibtidai insanın sakin olduğu ən qədim yerlərdən biri – Azıx mağarası - aşkar edilmişdir. Bakının yaxınlığında Qaradağ dağlarında yaşı təxminən 10 min il olan qaya üzərində həkk olunmuş şəkillər qalmışdır.
Eramızdan əvvəl birinci minillikdə Azərbaycanın ərazisində ilk dövlət - Manna dövləti yarandı. Eramızdan əvvəl VI əsrin əvvəllərində onu qədim dövrün ən əzəmətli dövlətlərindən biri olan Midiya əvəz etdi. Midiya çarlığının rəsmi dini zәrdüştlük – atəşpərəstlik olur. Son Midiya çarı Astiaqın nəvəsi məşhur Kir, çevriliş edərək Fars İmperiyasını yaradır və onun tərkibinə Midiyanı da daxil edir. Fars imperiyası dağılandan sonra Midiyanın cənub hissəsi ayrılıb müstəqil Atropatena dövləti olur (onun ilk hökmdarı Atropatın adı ilə). Orta əsrlərdə ərəblər “Atropatena” sözünü “Azərbaycana” çevirmiş – və beləliklə ölkənin indiki adı yaranmışdır.
Şimalda isə Qafqaz Albaniyası dövləti yaranır və onun rəsmi dini V əsrdə xristianlıq olur. VIII əsrdə ölkənin hər iki hissəsi Ərəb xilafətinin tərkibinə daxil olur, və o vaxtdan burada əsas din islam dini olaraq qalır.
XVIII əsrin əvvəlində Azərbaycan üç imperiya - Rusiya, İran və Osmanlı imperiyalarının mübarizə arenasına çevrilir. 1828-ci ildə Türkmənçay adlı yerdə İran ilə Rusiya arasında saziş imzalanmış və bu sazişə əsasən Azərbaycan bu ölkələr arasında bölünmüşdür.
XIX əsrin sonunda - XX əsrin əvvəlində Bakıda ilk neft canlanması başlayır. Bakı şəhəri dünyanın neft paytaxtı olur. Yeri gəlmişkən, Nobel qardaşları öz əsas kapitalını məhz burada toplamışdırlar. 60-cı illərə qədər, Tümen neft mədənləri işlənən dövrə qədər Azərbaycan nefti sovet iqtisadiyyatının əsasını təşkil edirdi.
İqtisadiyyat qızğın surətdə inkişaf edir, siyasi həyat qaynayır. 1917-ci ildə Rusiyada inqilab Azərbaycanın siyasi meydanına yeni qüvvələr gətirir. 1918-ci il 28 may tarixindəAzərbaycan Demokratik Respublikası elan edilir. 23 aydan sonra o, bolşeviklərin 11-ci Qızıl Ordusunun hücumuna məruz qalaraq süquta uğrayır. 1922-ci ilin dekabr ayında Azərbaycan artıq hüquqi surətdə SSSR-nin tərkibinə daxil edilir.
Azərbaycanın müstәqilliyi 1991-ci ildə bərpa edilmişdir. Lakin bu zaman ölkə Qarabağ münaqişəsinə cəlb edilmişdir. Bu münaqişə Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ilin fevral ayında ayrılma cəhdindən başlamışdır. 1990-cı ilin yanvar ayında, Moskva yönümlü hakimiyyət üzvlərinin parlament seçkilərində məğlubiyyətinin qarşısını almağa cəhd edərək, Moskva Bakıya sovet ordusunun hissələrini yeritmişdir. Nəticədə yüzlərlə dinc vətəndaş öldürülmüşdür.
Ölkə müstəqilliyini qeyri-sabit daxili siyasi mühit və Ermənistanla müharibə şəraitində qarşılamışdır. Bir sıra çevriliş və cəbhədə məğlubiyyətlər nəticəsində Azərbaycan öz ərazisinin 20 faizini itirmiş və bu torpaqlar indiyə qədər erməni silahlı birləşmələrinin işğalı altında qalmaqda davam edir. 1993-cü ildə münaqişələrlə parçalanan ölkəyə Heydər Əliyev başçılıq edir. 1994-cü ilin aprelinə yaxın həm ölkədə, həm də cəbhədə vəziyyəti sabitləşdirmək mümkün olur. Elə o zaman bu günə qədər davam edən atəşkəs elan edilmişdir.
Atəşkəs sayəsində ölkə xarici neft şirkətləri ilə bir sıra iri müqavilələr bağlamağa, sərmayələr cəlb etməyə və iqtisadiyyatının bərpasını başlamağa müvəffəq olmuşdur. Bu illər ərzində ölkə tamamilə bazar münasibətlərinə keçdi, dərin islahatlar apardı. MDB-də torpaq üzərində xüsusi mülkiyyət hüququnu tətbiq edən ilk ölkələrdən biri oldu.
Azərbaycan bayrağı – üç rəngli uzununa zolaqlardan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında – ağ aypara və səkkizguşəli ulduz vardır. Gerb – milli bayrağın rəngləri olan sipər fonunda ağ səkkizguşəli ulduzdur. Ulduzun mərkəzində qırmızı alov şölələri vardır. Gerbin alt hissəsi buğda sünbülü və palıd budağı ilə əhatə olunur.
Ölkənin indiki Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul edilmişdir. Konstitusiyaya əsasən Azərbaycan – dünyəvi demokratik respublikadır. Ölkənin başçısı birbaşa ümumi və gizli səsvermə yolu ilə beş illik dövr üçün seçilən prezidentdir.
Azərbaycandakı ruslar
Ruslar ilə azərbaycanlıların əlaqələri hələ Qədim Rusiya dövründən başlayır. Tver taciri Afanasi Nikitinin məşhur “Üç dəniz arxasına səyahət” əsərində bütöv hissələr, o cümlədən Rusiyanın xilası üçün dua Azərbaycan dilində yazılmışdır.
Azərbaycana ilk rus mühacirləri XIX əsrin əvvəlində gəlmişdir. Onlar əsasən çar hökumətinin imperiyanın ucqar cənub hissələrinə köçürdüyü mərkəzi quberniyalardan gəlmiş sektant kəndlilər (malakanlar, adventistlər, tolstovlar) idi. Bu kəndlərin əksəriyyəti bu günə qədər durur. Belə ki, dağlıq İsmayıllı rayonunda yerləşən İvanovka kəndi ölkədə ən çiçəklənən kəndlərdən biri hesab olunur.
Rusiyadan növbəti köçkün axını XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıdakı neft canlanması zamanı gəlmişdir. Bu vaxt Bakı Rusiya imperiyasının sənaye və eləcə də mədəniyyət mərkəzlərindən biri olmuşdur. Lermontov, Bestujev-Marlinski, Xlebnikov, Yesenin və bir çox digər rus şair və yazıçıları bu ölkəyə öz əsərlərini həsr etmişdir. XX əsrdə rusların Azərbaycana köçməsi Rusiyadakı vətəndaş müharibəsi, 20-ci illərdəki Volqa boyunda aclıq və ikinci dünya müharibəsi ilə əlaqədar idi.
Bu gün Azərbaycanda 300 minə yaxın rus yaşayır. Onların əksəriyyəti iri şəhərlərdə – Bakıda, Gəncədə və Sumqayıtda yaşayır. Lakin Bakıdakı “rusdilli” əhali yalnız “etnik rusiyalılar” deyil. Burada rus dilində danışıq hər yerdə səslənir. Bakıda MDB-də yeganə olan rus dili və ədəbiyyatı müəllimlərinin hazırlıq institutu fәaliyyәt göstərməyə davam edir, rus məktəblərinin sayı isə sovet dövründən bu günə qədər demək olar ki, heç azalmamışdır.
Azərbaycanın coğrafiyası haqqında mütləq oxuyun!